Dövlət Turizm Agentliyinin xarici jurnalistlər, blogerlər və turizm şirkətlərinə 2 milyona yaxın vəsait xərcləməsi müzakirələrə səbəb oldu

9-05-2026, 00:10           
Dövlət Turizm Agentliyinin xarici jurnalistlər, blogerlər və turizm şirkətlərinə 2 milyona yaxın vəsait xərcləməsi müzakirələrə səbəb oldu
Məlum olduğu kimi, Dövlət Turizm Agentliyi (DTA) xarici jurnalistlər, blogerlər və turizm şirkətləri üçün Azərbaycanla tanışlıq səfərlərinin təşkili xidmətlərinə təqribən 2 milyona yaxın vəsait xərcləyəcək. Bu isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslının sözlərinə görə, bu dünya praktikasında da tətbiq olunur.

Tural Abbaslı: “İrandakı xaotik vəziyyətdən istifadə edib Azərbaycanı müharibəyə cəlb etməyə cəhd edirlər” Pravda.az

O bildirib ki, cəmiyyət belə maliyyə xərclənməsinin şəffaf olacağına inanmır: “Dünyada adətən izləyici sayı olan, bu kontentdən çıxış edən, turistik sahədə çıxış edən blogerlərə müxtəlif dövlətlər öz ölkələrini tanıtmaq üçün sifarişlər, qrantlar verirlər. Amma bizdə məsələ odur ki, dövlət qurumlarında bu məsələlərdə o qədər yeyintilər olub ki, insanlar artıq belə qrantların şəffaf olacağına inanmırlar. Sərhədlərin bağlı olduğu zamanda bu qədər vəsaiti kimlərəsə vermək, “Bizim dövlətin turistik məkanlarını təbliğ et demək” inandırıcı deyil. Çünki turistlər əsasən biletləri ucuz olan, hotelləri nisbətən uyğun olan ölkələrə gedirlər, istirahət edirlər. Bizdə isə sərhədlər bağlı, hotellər kifayət qədər yüksək qiymətlidir. Ən məşhur blogerlərə belə qrantlar verilsə, turist cəlb etmək çətin olacaq”.

T.Abbaslı onu da qeyd edib ki, bu məsələdə şəffaflıq olsa, daha yaxşı olar: “Başqa məsələ də var ki, deyirlər ki, xarici bloqerlərə verilən qrantlar öz bloqerlərimizə verilsin. Amma bu zaman da həmin blogerlər daxili auditoriyaya müraciət edirlər. Siyahıda kimlər var, bilmirəm. Yaxşı olar ki, hansı blogerlərə veriləcəyi, izləyicilərinin nə qədər olması, hansı kontentlər üzrə işləmələri açıqlanmalıdır. Bunları bilsək, daha rahat danışa bilərdik. Bundan başqa maraqlı olan budur ki, məbləğ qarşılığında turist artımı nə qədər olub, ölkəmiz nə qədər tanınıb? Bütün bu məsələlər şəffaf olsa, daha aydın fikir demək olar nəinki ümumi qərarları demək… Yenə qeyd edirəm vəsaiti özümüzün yerli turizm şirkətlərinə sərf edib, dəstək versək, kənd turizmin inkişafına yönəltsək, sərhədlərin açılmasına çalışsaq, daha faydalı olar, nəinki xaricilərə yedirtmək...”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru