Nizami rayonunda “Vesta Construction” MTK mənzilləri fərqli şəxslərə satıb VİDEO

9-05-2026, 15:44           
Nizami rayonunda “Vesta Construction” MTK mənzilləri fərqli şəxslərə satıb  VİDEO
Paytaxtın Nizami rayonu, Şirin Mirzəyev küçəsi 38 ünvanında yerləşən “Vesta Construction” MTK-ya məxsus yaşayış binasında eyni mənzilin bir neçə nəfərə satıldığı deyilir. Həmçinin sakinlər mənzilin pulunu ödəsələr də, MTK-nın illərdir evlərini təhvil vermədiyini iddia edirlər.

“Vesta Construction” MTK-ya məxsus yaşayış binasının sakinləri illərdir evlərinə sahib olmaq üçün gözləyirlər.

Sakinlərin iddiasına görə, Nizami Rayon İcra Hakimiyyətinin 2016-cı il tarixli sərəncamı ilə həmin ərazidə yerləşən 2 mərtəbəli köhnə yaşayış binası pilot layihə çərçivəsində sökülüb və ərazidə “Vesta Construction” MMC tərəfindən yeni çoxmərtəbəli yaşayış binasının tikintisinə başlanılıb. Lakin bu günədək tikinti işləri tam başa çatdırılmayıb, mənzillər qanuni sahiblərinə təhvil verilməyib.

Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirildi ki, “Vesta Construction” MMC tərəfindən öhdəliklər yerinə yetirilməyib. Sakinlərin narazılığı ilə bağlı şirkət rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilib. Məsələ ilə bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb və istintaq davam etdirilir.o da qeyd edildi ki, Məsələnin həlli Nizami Rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru