Sürücülərə XƏBƏRDARLIQ: Bakıda bəzi parklanma yerləri ilə bağlı yeni məhdudiyyətlər tətbiq edilir - VİDEO 12-05-2026, 09:28 Bakının bir neçə məntəqəsində nəqliyyat vasitələrinin parklanmasına məhdudiyyət tətbiq edilir.Bu barədə "AzParking" MMC məlumat yayıb.Bildirilib ki, məhdudiyyətlər paytaxtda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə əlaqədar tətbiq olunur.Xəzər TV xəbər verir ki, məhdudiyyətlərin tətbiq ediləcəyi ərazilər bunlardır:Ağ Şəhər ərazisi: 5-ci Park küçəsində yerləşən iri ticarət mərkəzinin ətrafı;Nərimanov rayonu: Zaur Nudirəliyev küçəsi.Sürücülərdən qeyd olunan ərazilərdə nəqliyyat vasitələrini park edərkən tətbiq olunan müvəqqəti qaydaları nəzərə almaları xahiş olunur. Facebook-da paylaş