Gəncədən olan iş adamı Rahib Babayevdən şikayət VİDEO

12-05-2026, 10:26           
Gəncədən olan iş adamı Rahib Babayevdən şikayət  VİDEO
Gəncədə türkiyəli iş adamı milyonluq ziyana düşdüyünü iddia edir.

XALQ xəbər verir ki, onun sözlərinə görə, mebel istehsalı üçün ölkəyə gətirdiyi avadanlıqlar və gəlirinin bir hissəsi şəriki tərəfindən mənimsənilib.

Doqquz ildir Gəncədə yaşayan və fəaliyyət göstərən türkiyəli iş adamı Turan Ak deyir ki, ümumilikdə ona 1.5 milyon manata yaxın maddi ziyan vurulub.

Sahibkarın sözlərinə görə, baş verənlərə səbəb şərikinin təqdim etdiyi yanlış sənədlərdir. Belə ki, o sonradan öyrənib ki, ölkəyə gətirdiyi istehsalat avadanlıqları şirkətin adına deyil, şərikinin adına fərdi qaydada rəsmiləşdirilib.

Məsələ ilə bağlı iddialarda adı çəkilən iş adamının şəriki Rahib Babayevlə əlaqə saxladıq. O, bildirdi ki, Turan Akın onunla bağlı səsləndirdiyi iddialar böhtan xarakteri daşıyır. Onun sözlərinə görə, tərəflər arasında yaranmış mübahisə hazırda məhkəmə prosesindədir.

İş adamı həmçinin əlavə etdi ki, səhhəti ilə əlaqədar məsələnin detalları barədə daha geniş məlumat vermək imkanı yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru