Abşeronda gizli tikinti: işçilərin həyatı riskə atılır

12-05-2026, 17:26           
Abşeronda gizli tikinti: işçilərin həyatı riskə atılır
Mediatvaz.com xəbər verir ki, Novxanıda gizli tikinti: işçilərin həyatı riskdə, qanunlar pozulur?

Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində - qoşa “Lukoil” yanacaqdoldurma məntəqəsinin arxa hissəsində aparılan tikinti işləri ilə bağlı ciddi iddialar ortaya çıxıb. Əldə etdiyimiz məlumata görə, hündür daş hasarın içərisində həyata keçirilən bu tikintidə çalışan işçilərin təhlükəsizlik qaydalarına əməl olunmadan işlədildiyi bildirilir.

İddialara əsasən, tikinti sahəsində çalışan şəxslərlə əmək müqaviləsi bağlanmayıb. Bu isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə zidd olmaqla yanaşı, həm də vergidən və məcburi dövlət sosial ödənişlərindən yayınma ehtimalını gündəmə gətirir.
Məlumatda qeyd olunur ki, işçilər təhlükəsizlik kəmərləri və digər qoruyucu vasitələr olmadan fəaliyyət göstərirlər. Bu cür halların baş verməsi isə hər an bədbəxt hadisə riskini artırır.
Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının araşdırma aparıb-aparmayacağı maraq doğurur. Qeyd olunan iddiaların nə dərəcədə həqiqəti əks etdirdiyini müəyyən etmək üçün rəsmi açıqlamaya ehtiyac var.

Mövzunu diqqətdə saxlayacağıq.
@duzsoztv Novxanıda gizli tikinti: işçilərin həyatı riskdə, qanunlar pozulur? Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində - qoşa “Lukoil” yanacaqdoldurma məntəqəsinin arxa hissəsində aparılan tikinti işləri ilə bağlı ciddi iddialar ortaya çıxıb. Əldə etdiyimiz məlumata görə, hündür daş hasarın içərisində həyata keçirilən bu tikintidə çalışan işçilərin təhlükəsizlik qaydalarına əməl olunmadan işlədildiyi bildirilir. İddialara əsasən, tikinti sahəsində çalışan şəxslərlə əmək müqaviləsi bağlanmayıb. Bu isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə zidd olmaqla yanaşı, həm də vergidən və məcburi dövlət sosial ödənişlərindən yayınma ehtimalını gündəmə gətirir. Məlumatda qeyd olunur ki, işçilər təhlükəsizlik kəmərləri və digər qoruyucu vasitələr olmadan fəaliyyət göstərirlər. Bu cür halların baş verməsi isə hər an bədbəxt hadisə riskini artırır. Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının araşdırma aparıb-aparmayacağı maraq doğurur. Qeyd olunan iddiaların nə dərəcədə həqiqəti əks etdirdiyini müəyyən etmək üçün rəsmi açıqlamaya ehtiyac var. Mövzunu diqqətdə saxlayacağıq. #keşfet #ənsonxəbərlər #bakışəhəricrahakimiyyəti #şəhərsalmavəarxitekturakomitəsi #əmlakməsələləridövlətxidməti ♬ News Update - Syafeea library












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru