Məmməd Gülməmmədovun əmisi oğlu dövlətə borclandı - FOTOFAKT
Dünən, 10:38
"Bakı Gülüş Teatrı" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə yığılmış vergi borcu üzə çıxıb.
32gun.az-ın məlumatına görə, teatrın hazırda 15.840,32 AZN məbləğində vergi borcu mövcuddur. Sözügedən teatrın qanuni təmsilçisi Nurulla Natiq oğlu Gülməmmədovdur.
32gun.az-ın əldə etdiyi digər məlumata görə, N.Gülməmmədovun fiziki şəxs olaraq da dövlətə vergi borcu mövcuddur. Onun fiziki şəxs olaraq borcu 3685.5 AZN təşkil edir. Bildirək ki, Nurulla Natiq oğlu Gülməmmədov həmçinin tanınmış televiziyaçı, Türkiyədə ümumrespublika kanalı olaraq yayımlanan “Haber Global” televiziya kanalının Baş direktoru Məmməd Gülməmmədovun əmisi oğludur. Tanınmış teatr xadimi, Əməkdar mədəniyyət işçisi Natiq Gülməmmədov 2022-ci ildə dünyasını dəyişdirkdən sonra "Bakı Gülüş Teatrı"nın idarəçiliyi onun oğlu Nurulla Gülməmmədova keçib