"Hamı məsuliyyəti bir-birinin üzərinə atır" - Bina sakinləri zirzəmidə yaranmış vəziyyətdən şikayət etdilər - VİDEO

Dünən, 15:18           
"Hamı məsuliyyəti bir-birinin üzərinə atır" -
Paytaxtın Biləcəri qəsəbəsi, Xurşidbanu Natəvan küçəsində yerləşən 7-ci binanın zirzəmisinin qarşısındakı acınacaqlı vəziyyət sakinlərin narazılığına səbəb olub.

Baku TV-nin qaynar xəttinə daxil olan şikayətdə vətəndaşlar bildiriblər ki, binanın zirzəmisi uzun illərdir kanalizasiya və çirkab suları ilə dolu vəziyyətdədir. Əraziyə yayılan kəskin üfunətli qoxu sakinlərin gündəlik həyatını ciddi şəkildə çətinləşdirir.


"Divarlar nəmdir. Nəmişlik ikinci mərtəbəyə qədər qalxır. Qoxudan dayanmaq olmur. Bundan əlavə, həşəratlar da əmələ gəlir", - sakinlərdən biri bildirib.

"Dəfələrlə "Azərsu"ya, icra hakimiyyətinə, bələdiyyəyə müraciət etmişik. Amma hamı məsuliyyəti bir-birinin üzərinə atır. İndiyədək məsələyə baxan olmayıb", - başqa bir sakin qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru