"Azərbaycanda özəl xəstəxanalarda bir gecəlik palata qiymətləri 300-400 manatdır"

Bu gün, 17:24           
"Azərbaycanda özəl xəstəxanalarda bir gecəlik palata qiymətləri 300-400 manatdır"
Özəl xəstəxanalarda müalicə almaq son illərdə müqayisədə indi daha baha başa gəlir. Özəl tibb müəssələrində palata qiymətlərinin artması bir çox ailənin büdcəsinə ciddi təsir edir.

TEREF Milli.Az-a istinadən xəbər verir ki, vətəndaşların sözlərinə görə, bəzən bir neçə gün xəstəxanada yatmaq aylıq gəliri üstələyir.

Özəl xəstəxanalarda qiymətlər nəyə əsasən təyin edilir?

Məsələ ilə bağlı tibb mövzuları ilə bağlı ekspert Fərid Müseybovun sözlərinə görə, qiymət artımı dünya iqtisadiyyatı ilə bağlı olan məsələdir, həmçinin, qiymət fərqi xəstəliyin dərəcəsinə görə də dəyişir:

"Qiymət xəstəliyin dərəcəsindən, xəstənin orada qalma müddətindən asılıdır. Minumum qiymət olaraq özəl klinikada bir yatış 300-400 manatdır. Bəzən vətəndaşlar xəstəxanada yatmasalar da depozit qiymətlərinin yüksək olmasından da şikayət edirlər. Özəl klinikalarda depozit 5000-15000 manat arası dəyişir".

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirildi ki, özəl klinikalarda qiymətlər müəssə ilə pasiyent arasında razılaşma yolu ilə müəyyən edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru