Azercell-dən qiymət artımı: "Onların xətti də Hörmüzdən keçib gəlirdi?"

Bu gün, 16:38           
Azercell-dən qiymət artımı: "Onların xətti də Hörmüzdən keçib gəlirdi?"
«Həmrəy» Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin (HGİB) sədri Çingiz Özgür ölkənin aparıcı mobil operatoru olan “Azercell”i hədəf alıb. O, şirkətin tarif siyasətini və tətbiq etdiyi əlavə xidmətləri sosial şəbəkə hesabında sərt şəkildə tənqid edib.

Yenicag.az xəbər verir ki, birlik sədri “Azercell”in abunəçiləri çətin vəziyyətdə qoyduğunu və əsassız qiymət artımına yol verdiyini bildirib.

Çingiz Özgür qeyd edib ki, operatorun ən çox istifadə olunan “İstəsən” tarifində minimum paket 7 manatdan 9 manata yüksəldilib. Onun sözlərinə görə, tarif yenilənməyəndə nömrənin dərhal kəsilməsi vətəndaşları faktiki olaraq bu artımla razılaşmağa məcbur edir.

HGİB sədri “Azercell”in müxtəlif “xatırlatma” xidmətləri vasitəsilə abunəçilərin balansına “ortaq olduğunu” iddia edib:

“Buraxılmış zəng”, “balans məlumatı”, “qaynınızın doğum günü xatırlatması”, “bacanağınızın nəvəsinin diş çıxarma partisinin ildönümü” filan adıyla da ayda ən azı 6-7 manat oğurlayırlar.”

Dünyada baş verən logistik problemlərin rabitə sektoruna aidiyyəti olmadığını vurğulayan Ç.Özgür, internet və rabitə xərclərinin durmadan artırılmasına anlam verə bilmədiyini qeyd edib: “Bəzi sahələrdə bahalaşma anlaşılandır, logistika xərcləri artıb və s. Amma internetdə, rabitədə nə baş verib axı? Onların xətti də Hörmüzdən keçib gəlirdi?”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru