Azərbaycanda dövlət əmlakını özəllə dəyişdirmək mümkün olacaq - Qanun nə deyir? - VİDEO

Dünən, 12:14           
Azərbaycanda dövlət əmlakını özəllə dəyişdirmək mümkün olacaq - Qanun nə deyir? - VİDEO
Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən rəsmi hərraclarda iştirak etmək lazımdır.

Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu özəlləşdirilə bilən dövlət əmlakı ilə bağlıdır.

Bəs bu necə olacaq?


Belə ki, dövlət mülkiyyətində olan müəyyən əmlakı, o cümlədən torpaq sahələrini özəl mülkiyyətdə olan digər əmlakla dəyişə biləcək.

Məsələn, dövlətə məxsus torpaq sahəsi müəyyən şərtlər daxilində vətəndaşa və ya şirkətə məxsus başqa əmlakla dəyişdirilə bilər.

Lakin burada vacib məqam var. Bütün dövlət torpaqları bu qaydaya aid deyil. Özəlləşdirilməsi qadağan olunan, dövlətin müstəsna mülkiyyətində olan və ya dövlət ehtiyacları üçün nəzərdə tutulan torpaq sahələri dəyişdirilə bilməyəcək.

Dəyişdirilən əmlak müstəqil qiymətləndirici tərəfindən bazar qiyməti nəzərə alınmaqla qiymətləndiriləcək.

Yəni məqsəd dövlət əmlakından daha səmərəli istifadə etmək və əmlak mübadiləsini asanlaşdırmaqdır.

Qısası, müəyyən dövlət əmlakının özəl əmlakla dəyişdirilməsi hüquqi baxımdan mümkün olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]