Nizami rayonunda abadlıq işləri aparıldı, tullantılar isə təmizlənmədi - VİDEO

Bu gün, 12:06           
Nizami rayonunda abadlıq işləri aparıldı, tullantılar isə təmizlənmədi - VİDEO
Köhnə qarajlar sökülüb, həyətlərdəki söhbətgahlar götürülüb, blokların qarşısı qazılıb. Lakin söküntüdən sonra qalan tullantılar hələ də həyətin ortasındadır.

Xezerxeber.az xəbər verir ki, görüntülər paytaxtın Nizami rayonu, Tofiq Abbasov küçəsi və digər üç ünvanın birləşdiyi ərazidəndir.

Həyətdə binanların fasadları yenilənib, blokların içərisində təmir işləri aparılıb. Sakinlər bunun ardınca həyətin abadlaşdılacağı xəbərini də alıblar, abadlıq işləri üçün əksər tikinti matrealları gətirilib, amma hələ də daş üstünə daş qoyulmayıb.

Nizami rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, sakinlərin müraciəti əsasında sözügedən məhəllədə aidiyyəti qurum tərəfindən abadlıq işləri ilə bağlı hazırlıq mərhələsinə başlanıb. Belə ki, həmin ünvanda yeni işiqlandırma sistemlərinin quraşdırılması və sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgahlar, oturacaqlar və müxtəlif növ uşaq oyun elementləri, idman qurğuları quraşdırılması istiqamətində təmir işləri aparılması nəzərdə tutulub. Təmir işləri yekunlaşdıqdan sonra qeyd olunan məsələlər həllini tapacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]