Mehriban Ələkbərzadə daha bir aktyoru işdən çıxardı

10-09-2024, 11:17           
Mehriban Ələkbərzadə daha bir aktyoru işdən çıxardı
Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin olunan Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə daha bir aktyoru işdən çıxarıb.
Bakupost.az "Unikal"a istinadla xəbər verir ki, aktyor Ziya Ağa teatrdan uzaqlaşdırılıb. Buna səbəb isə teatr rejissoru Əlif Cahangirlinlin Ziya Ağanın səs yazısını ictimailəşdirməsi olub. Həmin səs yazısında Ziya Ağa nazirlik əleyhinə təhqiramiz ifadə işlədib.
Ə.Cahangirli İnstaqram hesabında yazdığı açıqlamasında Mehriban Ələkbərzadəni tənqid edərək "Mən demədim ki, Ziyanı işdən çıxarın" deyib və teatrdakı problemləri sadalayıb.
Xatırladaq ki, bundan əvvəl Mehriban Ələkbərzadə aktyor Corc Qafarovu işdən çıxarmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru