Bred Pitt, Corc Kluni, Culiya Roberts yeni film üçün bir araya gələcəklər

31-12-2025, 12:44           
Bred Pitt, Corc Kluni, Culiya Roberts yeni film üçün bir araya gələcəklər
Orijinal trilogiyanın əsas aktyor heyəti "Ouşenin 14 dostu" filmində görünəcəklər.
Bu barədə Corc Kluni "Variety" jurnalına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, yeni filmdə özü ilə yanaşı Bred Pitt, Mett Deymon, Culiya Roberts və Don Çidl də rol alacaqlar.

Çəkilişlərin 2026-cı ilin oktyabrında başlaması planlaşdırılır.

Xatırladaq ki, "Ouşenin 11 dostu" franşizası 2001-ci ildə ekranlara çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]