Məşhur personaj "Disney"ə milyardlarla dollar qazandırdı

1-01-2026, 15:34           
Məşhur personaj "Disney"ə milyardlarla dollar qazandırdı
Məşhur "Lilo & Stitch" Hollivud franşizasının qəhrəmanı olan yadplanetli Stitç "Disney"in 2025-ci ildə ən böyük maliyyə uğuru olub.

THR xəbər verir ki, "Lilo & Stitch"in rimeyki dünya miqyasında 1.04 milyard dollar gəlir əldə edərək ilin ən çox gəlir gətirən filmlərindən birinə çevrilib. Stitç məhsullarının satış həcmi təkcə 2025-ci maliyyə ilində 4 milyard dolları keçib.

Film həmçinin "Disney+" tarixində ikinci ən yaxşı açılış göstəricisini nümayiş etdirib (5 gündə 14.3 milyon baxış).

Xatırladaq ki, orijinal cizgi filmi 2002-ci ildə ekranlara çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]