Hollivud ulduzu Mikki Rurkun kirayə borcu üçün yardım kampaniyası başladı

6-01-2026, 17:34           
Hollivud ulduzu Mikki Rurkun kirayə borcu üçün yardım kampaniyası başladı
73 yaşlı Hollivud aktyoru Mikki Rurk kirayə borclarını ödəmək üçün "GoFundMe" platformasında xeyriyyə aksiyası başladıb.

Bu barədə məlumat "The Guardian" nəşrində yayımlanıb.

Kino ulduzu dekabrın sonlarında Los-Ancelesdəki evindən çıxarılma bildirişi alıb. Ev sahibi ona əmlakı tərk etmək üçün cəmi üç gün vaxt verib, lakin Rurk bu müddət ərzində evdən çıxmayıb.

Buna görə ev sahibi təzminat tələb edərək məhkəməyə müraciət edib.

İş sənədlərinə görə, aktyor Los-Ancelesdə yazıçı Raymond Çandlerin yaşadığı evi kirayəyə götürüb. O, əvvəlcə ayda 5 200 dollar ödəməyə razılaşıb, lakin sonradan kirayə haqqı ayda 7 000 dollara yüksəlib.

İndi Rurka yardım məqsədilə təşkilatçılar 100 000 dollar toplamağı hədəfləyirlər. Bildirilir ki, onun ev sahibinə ən azı 59 000 dollar kirayə borcu var.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]