"Hobbit" və "Qarışqa adam" filmlərinin ulduzu idrak geriləməsi yaşayır

6-01-2026, 16:44           
"Hobbit" və "Qarışqa adam" filmlərinin ulduzu idrak geriləməsi yaşayır
Aktrisa Evangeline Lilli ciddi sağlamlıq problemlərini açıqlayıb.

Kino ulduzu sosial mediada yayımladığı videomesajda 2025-ci ilin may ayında baş verən bədbəxt hadisə zamanı aldığı beyin zədəsinin nəticələrindən əziyyət çəkdiyini bildirib.

Lillinin sözlərinə görə, son tibbi müayinələr beynin demək olar ki, bütün hissələrində fəaliyyət azalmasını göstərib. Zədə aktrisanın çimərlikdə huşunu itirməsi və başının qayaya dəyməsi nəticəsində yaranıb.

Hazırda onda idrak geriləməsi əlamətləri müşahidə olunur, lakin kino ulduzu sağalması üçün həkimlərlə sıx əməkdaşlıq etməyi planlaşdırır.

Xatırladaq ki, Lilli Peter Ceksonun "Hobbit" trilogiyasındakı elf Tauriel rolu ilə geniş şöhrət qazanıb. Onun ən son işi "Qarışqa Adam və Arı: Kvantumaniya" filmi olub. Filmin yayımlanmasından sonra Lilli karyerasına fasilə verdiyini elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]