Məşhur müğənninin konsert üçün tələbi - iki şüşə konyak və quru şərab
23-01-2026, 12:14
Vladimir Presnyakov korporativ konsert üçün 6 milyon rublluq tələblərini açıqlayıb
Rusiyalı müğənni Vladimir Presnyakovin konsert təşkilatçılarına tələbləri (rideri) Telegram kanalı “Zvezdach” tərəfindən yayımlanıb.
32gun.az xəbər verir ki, müğənni korporativ konsert üçün 6 milyon rubl tələb edir. Qeyd edək ki, əvvəllər onun şəxsi çıxışlarının qiyməti təxminən 1,5 milyon rubl olub. Presnyakovun komandasında 19 nəfər çalışır və təşkilatçı onların nəqliyyat, yerləşmə və qarderob xərclərini ödəməlidir.
Riderdə həmçinin aşağıdakı tələblər yer alıb:
İki şüşə konyaq, hər biri 10 min rubldan
Ağ quru şərab, ən azı 2 min rubl
Komanda üçün əlavə 6 şüşə qırmızı və ağ quru şərab, ən azı 1 min rubldan
Xüsusi marka əl kremi
Yalnız metal çəngəl-bıçaqlar
Bundan əlavə, Presnyakovun təxminən 250 milyon rublluq daşınmaz əmlakı olduğu da məlum olub.