Teylor Svift toyuna görə Nyu-York hakimiyyətinə 160 min dollardan çox pul ödəyib
Bu gün, 12:34
Amerikalı müğənni Teylor Svift Trevis Kelsi ilə "Medison Skver Qarden" arenasında keçirilən toyuna icazə verilməsi üçün Nyu-York administrasiyasına 160 min dollardan çox vəsait ödəyib.
"Variety" nəşri xəbər verir ki, bu barədə Nyu-Yorkun meri Zohran Mamdaninin mətbuat konfransında açıqlanıb.
İcazə sənədinə küçələrin bağlanması, əlavə polis əməkdaşlarının cəlb edilməsi, toy şənliyinin keçirildiyi məkana bitişik ərazilərdə çəpərlərin qurulması və digər təşkilati işlər daxil olub. Ödənilən məbləğə həmçinin polis əməkdaşlarının əlavə iş saatlarının haqqı da daxil edilib.
Xatırladaq ki, Teylor Svift və Trevis Kelsinin toyu iyulun 2-3-də "Medison Skver Qarden"in qapalı arenasında ciddi məxfilik şəraitində baş tutub. Mərasimin ilk günü 100 nəfərlik qonaq üçün nahar təşkil olunub. İkinci gün isə şou-biznes ulduzları və məşhurlar da daxil olmaqla, 1 000-ə yaxın dəvətli qonaq toplaşıb. KİV-in qiymətləndirmələrinə görə, bütün təntənəli mərasim ümumilikdə 30-50 milyon dollara başa gəlib.