Dünyada ilk: İtaliyada məşhur və sevilən şirniyyatın şərəfinə yarış keçiriləcək

Bu gün, 12:54           
Dünyada ilk: İtaliyada məşhur və sevilən şirniyyatın şərəfinə yarış keçiriləcək
İtaliyalılar idmanla şirniyyat sevgisini birləşdirməyin ən ideal yolunu tapıblar.

Bu barədə RG.ru xəbər verir.

2026-cı il oktyabrın 11-də tiramisunun vətəni hesab edilən Trevizo şəhərində dünyada ilk dəfə qeyri-adi "Tiramisu Run 10.1K" qaçış yarışı keçiriləcək. Bu yarış dünyanın ən məşhur desertlərindən birinə həsr olunacaq.

İtaliyada qastronomik ənənələri böyük bayramlara çevirməyi bacarırlar. İndi bu festivallara və çempionatlara idman qaçışı da əlavə edilib. Bu, xüsusilə dadlı motivasiyaya ehtiyacı olanlar üçün nəzərdə tutulub. Şirniyyatsevərlər Trevizonun küçələrində 10.1 kilometrlik məsafəni qaçmalıdırlar. Təşkilatçıların sözlərinə görə, istənilən hava şəraitində keçiriləcək yarışda hər kəs iştirak edə bilər.

Marafonun "Tiramisu Dünya Kuboku" (Tiramisù World Cup) ilə eyni vaxtda keçirilməsi planlaşdırılır. Həmin yarışa hər il dünyanın müxtəlif ölkələrindən bu desertin pərəstişkarları ən yaxşı tiramisu müəllifi adı uğrunda mübarizə aparmaq üçün gəlirlər.

Tədbirlərin bu şəkildə üst-üstə düşməsi əsl italyan formulu yaradır: əvvəlcə 10 kilometr qaçmaq, finişdə isə sərf olunan enerjini bərpa etmək üçün dadlı bir porsiya tiramisu ilə qələbəni qeyd etmək.

Qeyd edək ki, "tiramisu" sözü italyan dilində "tira mi su" ifadəsindən götürülüb və hərfi mənada "məni yüksəlt" (və ya "məni yuxarı qaldır") deməkdir. Bu ad desertin yüksək kalorili olması, həmçinin tərkibindəki tünd qəhvə və şokoladın verdiyi tonlaşdırıcı effektlə bağlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru