Siyasətin məhv etdiyi böyük riyaziyyatçı alimin doğum günüdür

Bu gün, 12:49           
Siyasətin məhv etdiyi böyük riyaziyyatçı alimin doğum günüdür
“Mən fizikadan çətin olan siyasətlə məşğul olmaram”. A. Eynşteyn
Söhbət akademik Mirabbas (11 iyul 1939- 6 sentyabr 2008)Qasımovdan gedir. Ona Nəsrəddin Tusidən sonra Azərbaycanın ikinci böyük riyaziyyatçısı deyirlər.
Mirabbas Qasımov 28 yaşında Moskva Dövlət Universitetində doktorluq dissertasiyası nüdafiə etmişdir. 41 yaşında AMEA-nın müxbir üzvü seçilmişdir. 1990-92-ci illərdə BDU-nun rektoru olmuş və deputat seçilmişdir. Bu dövrdə universitet nəzdində tətbiqi riyaziyyat elmi təcrübə institutu yaradılmışdır və əsas məqsəd riyaziyyatçı və mexanikləri bir araya gətirmək olmuşdur. Rektor və deputat olmaqla həyatını məhv etmişdir. Ötən əsrin 90-cı illərinin əvvələrində keçirdiyi ağır insultdan ömrü boyu əziyyət çəkmişdir. Axırıncı dəfə onu 1996-cı ildə dostum Natiq İbrahimovun müdafiəsində görmüşdüm. Xərəkdə gətirmişdilər. Buna baxmayaraq böyük alim olduğunu orda da sübuta yetirdi.
Riyaziyyatçıların dediyinə görə həmin müdafiədə tədqiqat üçün 2-3 yeni istiqamətin adını çəkmişdi. Vəsiyyətinə uyğun olaraq doğulduğu Şamaxı rayonunun Nərimankənd kəndində dəfn olunmuşdur.
Haşiyə: Deyilənlərə görə Mirabbas Qasımovun elmi rəhbəri, nəhəng riyaziyyatçı Boris Moiseyeviç Levitan elmi buraxıb, siyasətə qurşandığına görə onu danlayıbmış…
Zəruri qeyd:Siyasətlə məşğul olmaq üçün mühit yaranan kimi əksəriyyət alimlər, sənət adamları, yazıçılar düşərgələrini tərk etdilər. Elm və sənət bağışlamır.
Alınmadı...İtirən ölkəmiz oldu.
Etibar Əliyev












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru