Naziri pərt edən Xalq artistimiz Şahmar Ələkbərov.
12-08-2026, 15:24
Bir gün tədbirdə mədəniyyət naziri Zakir Bağırov Adil İsgəndərovla, Məmməd Qurbanovla, Kamil Rüstəmbəyovla görüşür, amma Şahmar Ələkbərova məhəl qoymur. Bunu sezən Məmməd Qurbanov onu nazirə təqdim edir: “Gənc, istedadlı aktyorumuz Şahmar Ələkbərovdur” - deyir. Nazir yenə laqeyd halda “Tanımıram” deyib, üzünü vəzifəlilərə çevirir. Şahmar Ələkbərov nazirə acıqlanır: - Siz çox nahaq yerə məni tanımırsınız! Siz axı mənə görə mədəniyyət nazirisiniz! Əgər bizim kimi yaradıcı adamlar, sənət adamları olmasa, nə sizin nazirlik olar, nə də siz nazir olarsınız!". Şahmar Ələkbərovun anım günüdür. Anar Tağıyev