Əvvəl sevgilisini, sonra özünü öldürüb – Detallar məlum oldu

Bu gün, 16:34           
Əvvəl sevgilisini, sonra özünü öldürüb –
Bakının Nizami rayonu Keşlə qəsəbəsində iki gün əvvəl dəhşətli qətl hadisəsi baş verib.

Tribuna.az APA TV-yə istinadən xəbər verir ki, 33 yaşlı E.Orucovun özünə və 35 yaşlı sevgilisi G.Cəbrayılovaya xəsarət yetirdiyi, nəticədə hər ikisinin öldüyü bildirilir.

Sakinlərin sözlərinə görə, onlar 4-5 ay qeyri-rəsmi nikahda yaşayıblar. Qadın münasibəti bitirmək istəyib, lakin bu, kişinin ürəyincə olmayıb və aralarında mübahisə yaranıb. Bu zaman E.Orucov qadının sinəsinə və qol nahiyəsinə bıçaq zərbələri endirib. G.Cəbrayılova aldığı zərbələrdən yerindəcə ölüb.

Daha sonra kişi özünə xasarətlər yetirib. Təcili yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, G.Cəbrayılovanın əvvəlki nikahından 2 övladı olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Daha ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]