Bir şagirdin məktəbli ləvazimatı neçə manata başa gəlir? (VİDEO)
Bu gün, 16:44
Yeni dərs ilinin başlamasına az qalıb. Artıq, valideynlər məktəbli ləvazimatlarını almağa başlayıblar.
Satıcılar bildirirlər ki, şagird üçün lazımi ləvazimatları müxtəlif qiymətlərə almaq mümkündür. Keyfiyyətindən və istehsalçısından asılı olaraq dəftərlər və qələmlər 10 qəpikdən başlayır. Məktəbli çantalarının qiyməti isə 15 manatdan 80 manata kimi dəyişir.
Alıcılar bildirirlər ki, ciblərinə uyğun bazarlıq etmək mümkündür.
Satıcılar bildirirlər ki, 1 tədris ili üçün əsas ləvazimatlar ümumilikdə minimum 40 manatdan başlayır. Ən yüksək qiymət isə alıcının istəyindən asılı olaraq dəyişə bilir.//Xəzər TV