1908-ci il Osmanlı imperiyası. Sayksı şoka salan cümlə: "Biz Uzun Həsənin Ağqoyunlu Türkləriyik"
15-12-2025, 12:54
Britaniyalı zabit və siyasətçi Mark Sayks 1905–1913-cü illər arasında Osmanlı imperiyası boyunca etdiyi səfərlərə dair şəxsi qeydlərində maraq bir hadisə yer alır: “Avrikdə (indiki Elazığ bölgəsi, Türkiyə) diqqətimi çəkən, buranın adamlarının son dərəcə gözəl və ağıllı olması idi.. Kənd sakinləri çadırımın girişində toplaşıb söhbət etməyə başladılar. Qısa bir ümumi danışıqdan sonra söhbəti onların irqi mənşəyi mövzusuna yönəltdim. Onlardan soruşdum ki, siz Osmanlısınızmı? Məni təəccübləndirən dərhal verilən cavab oldu: ‘Xeyr, biz Uzun Həsənin Ağqoyunlu türklərindənik’.” Bu məşhur tayfanın tarixinə həsr olunmuş bölmə elə kəndlilərin özləri tərəfindən təsdiqləndi — onlar bütün tarixlərini əzbər bilirdilər. Hətta daha irəli gedərək mənə danışdılar ki, hər nə qədər özləri sədaqətli sünnilər olsalar da, onların bəyi Səlimlə persiyalılar arasında baş vermiş müharibə zamanı bitərəf qalıb; onların dediyinə görə, həmin müharibə cihad deyil, bir fəth idi.” Mark Sykes, «The Caliphs' Last Heritage: A Short History of the Turkish Empire» s. 371 İsmail Məmmədli