Pezeşkian lider deyil...
12-01-2026, 09:24

Cənablar, Pezeşkiandan millətçi, türkçü, daha nə bilim nəçi düzəltməyin. Adam sistemin yetişdirdiyi və meydan verdiyi şəxsdir. Konkret çərçivələri var və ondan kənara çıxa bilməz.
Həmçinin İranda prezidentin səlahiyyəti bizdə icra başçısı qədərdir. Hətta bəlkə də ondan azdır. İstədiyi adamı nazir təyin edə bilməyən, güc strukturlarına təlimat vermək səlahiyyəti olmayan, eyni zamanda PA-nı belə razılıqsız qura bilməyən birindən əjdaha düzəltməyin.
Bəli, Pezeşkian milliyyətcə Azərbaycan türküdür. Amma bundan öncə özünü iranlı sayır. Yəni, öz milləti ikinci plandadır. Bu İranda yayğın bir məsələdir. Ara sıra Şəhriyardan şer deməyinə də çox bənd olmayın. Cəsarəti varsa, İranda Azərbaycanla bağlı çox yayğın olan çoxlu sayda şerlər var, onlardan birini oxusun.
Güneydə lider axtarırsızsa, özünüzü yormayın. Bu gün belə biri yoxdur. Sabah olacaq, o ayrı məsələdir. Pezeşkianı da həmin lider elan etməyin. O deyil. Ola da bilməz.
Fikrət Fəraməzoğlu
TEREF

