Türkiyədə 15 məşhurun narkotik analizinin nəticəsi müsbət çıxdı

16-01-2026, 09:24           
Türkiyədə 15 məşhurun narkotik analizinin nəticəsi müsbət çıxdı
İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan genişmiqyaslı narkotik istintaqı çərçivəsində saxlanılmış məşhur şəxslərdən götürülən qan və saç nümunələrinin analizlərinin nəticələri məlum olub.

Oxu.Az "TGRT Haber" telekanalına istinadən xəbər verir ki, aralarında tanınmış fenomenlər və modelyerlərin də olduğu 15 nəfərin narkotik analizinin nəticələri müsbət çıxıb.

Onların arasında sosial media fenomeni Rabia Karaca, modelyer Rabia Yaman, "Les Benjamins" brendinin direktoru Zohaer Majhadi, "Miss Turkey" gözəli Buse İskenderoğlu, fenomen Dilara Ege Çevik və "Suma Han" gecə klubunun sahibi Cengiz Can Atasoy var.

Həmçinin Burak Güngörmedi, Ayhan Yücesoy, Resul Arslan, Emrah Gencer, Yasin Burak Becek, Tuğrulbey Aran, Cihan Güler, Pınar Mintaş və Serap Saylanın da saç və qan nümunələrində narkotik maddə istifadəsi izlərinə rast gəlindiyi müəyyən edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru