QIPÇAQ TÜRKLƏRİ.
22-01-2026, 15:24

ONLAR soykökümüzdəki QIPÇAQ TÜRKLƏRİ idi. Bir zamanlar meşələr kralı kimi tanınan gürcü çarı lV DAVİD Səlcuq Oğuzlarıyla mübarizə aparmaq ümidi ilə DON çayı sahillərində köç edən Qıpçaq elinə getdi. Qıpçaq xanı SURÇANNAN kömək istədi. SURÇAN xan qardaşı ATRAKİ 40 min ailə ilə GÜRCÜSTANA göndərdi. Gürcüstan tarixinin möhtəşəm yüzili məhz bu hadisə ilə parladı. Əvvəlcə Şamanizm inancında olan bu DƏŞTİ-QIPÇAQ türkləri müsəlman soydaşları olan Səlcuq Oğuzlarını DİDQORİ döyüşündə (1121 ci il) məğlub etdilər. Sonra isə getdikcə xristianlaşdılar və gürcü feodal iyerarxiyasının bir hissəsinə çevrildilər. Gürcü qoşunlarının komandanı (amirspasalar-mandaturtuxucesi) KUBASAR (QURDBASAR), ÇARİÇA TAMAŞANIN vəziri və maliyyə naziri (meçurçuxucesi) KUTLU ARSLAN haqqında milli tarix ədəbiyyatımızda çox az məlumat olsa da gürcü tarixçiləri onun haqqında kifayət qədər arasdırma aparmışlar.
TARİXDƏ ilk dəfə parlamentli dövlət idarə etməsi ideyasının (DARBAZİ və KARAVİ) ilk banisi də məhz KUTLU ARSLAN olmuşdur. Hətta bəzi qərb tarixçiləri KUTLU ARSLANİ ingilis konstitusiyasının banilərindən olan SİMON DE MONFORLA (1208 -1265 ci illər) müqayisə edirdilər.Bu əcdadlarımız daha çox müasir Gürcüstanın KAXETİYA ərazisində yaşadılar xristianlığı qəbul etdilər, bir hissəsi gürcüləşdi və beləcə tarixə qovuşdular.
QİPÇAQLARDAN bu günümüzə yaşadıqları ərazilərdəki yer adları və araşdırılması böyük zəhmət tələb edən folklor nümunələri qaldı.
SHAHMARDAN AHMEDLİ

