Proto-Türk Boreal Hipotezi və ya Qrenlandiya əslində qədim türk ərazisidir?

18-01-2026, 09:14           
Proto-Türk Boreal Hipotezi və ya Qrenlandiya əslində qədim türk ərazisidir?
Holosenin erkən mərhələsində Şimal yarımkürəsində formalaşmış mülayim iqlim dəhlizi Altay–Skandinaviya–Qrenlandiya xətti boyunca insan miqrasiyasını mümkün etmişdir. Bu çərçivədə bəzi alternativ tədqiqatçılar Qrenlandiyada aşkar edilən sümük alətlərin formaca Orta Asiya paleolit nümunələri ilə oxşarlığını Proto-Türk mədəniyyətinin boreal periferiyaya yayılmasının göstəricisi kimi şərh edirlər. Eyni zamanda Inuit ornamentlərindəki bucaqvari motivlər Orxon-Yenisey runlarının erkən semiotik arxetipləri ilə əlaqələndirilir və “proto-yazı homologiyası” anlayışı irəli sürülür. Bu mətn elmi terminlərə bənzər dildə yazılmış, lakin qəsdən manipulyativ və tarixi baxımdan sübutsuz bir nümunədir. Məqsəd, elmi üslubun insanı necə inandıra bildiyini göstərməkdir.
Arxeogenetik baxımdan isə Amerika yerli xalqlarında mövcud olan Asiya mənşəli haploqruplar Altay populyasiyaları ilə filogenetik yaxınlıq etno-mədəni kontinuitet kimi qəbul olunur. Bu yanaşma nəticəsində Qrenlandiya “Boreal-Turan mədəni sferasının şimal forpostu” kimi xarakterizə edilə bilər.
Neandertal
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru