Özbəkistanlı xanım deputatdan Duqinə sərt cavab....
20-01-2026, 09:14

Özbəkistan parlamentinin üzvü Şahnaz Xolməhmətova rusiyanın faşist ideoloqu Aleksandr Duginin ölkənin suverenliyi ilə bağlı mübahisəli açıqlamalarına cavab olaraq sərt bəyanat verib.
"Özbəkistanın suverenliyi sizin kimi birinin müzakirə mövzusu deyil. Özbəkistan heç vaxt heç kimin nəzarət zonası olmayacaq və heç kimin təsdiqinə ehtiyac duymur. Biz əməkdaşlığa açığıq, amma bu, yalnız bərabərlik və qarşılıqlı hörmət əsasında mümkündür. Mən Özbəkistan vətəndaşıyam. Mən qadınam. Mən anayam. Xalqın nümayəndəsiyəm, xalqımın bir parçasıyam. Və birbaşa bəyan edirəm: suverenliyimizə qarşı aqressiv hücumlar olarsa, yalnız bir cavab olacaq: daşlarınızı yığın (“daşlarınızı yığın” ifadəsi Müqəddəs Kitabdakı “daşları atmağın öz vaxtı və daşları bir yerə yığmağın öz vaxtı var” ifadəsinə istinaddır. Bu kontekstdə ifadə bunu tələb edir: çıxın və müdaxiləni dayandırın)”, – o bildirib.
Rusiyalı filosof faşist ideoloq Aleksandr Dugin bildirmişdi ki, suveren Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan dövlət kimi “mövcud olmamalıdır."
Джавид Дамирли
TEREF

