DEM partiyadan olan millət vəkilləri bu günkü qrup toplantılarını Böyük Millət Məclisinin binasında deyil, sərhəd şəhəri olan Nüsayibində keçirilməsini qərarlaşdırandan sonra Türkiyə və Suriyadakı fəal pkk yanlılar sərhəddin hər iki tayında sərhəd keçid məntəqəsinə axın ediblər. Ərazidə toplaşan teror yanlılar TC polisinə və sərhəd keçid məntəqəsinə hücum ediblər. Nəticədə polislərlə pkk-lılar arasında ciddi toqquşmalar baş verib, aksiya iştirakçıları qanunsuz olaraq sərhədd divarları üzərindən TC ərazisinə axın edib və sərhəd keçid məntəqəsi üzərində dalğalanan Türkiyə bayrağını təhqiramiz şəkildə endiriblər. Bütün bu hadisələrin yaşanmasının səbəbkarları təbii ki, DEM-li deputatlardır. Suriya ərazisinin pkk-lı terorçulardan təmizlənməsi prosesi isə tam gücü ilə davam edir. P.S.Hadisələrin əks olunduğu videolar şərh bölümündə.