İstanbula uçan təyyarədə yanğın oldu

26-02-2026, 15:34           
İstanbula uçan təyyarədə yanğın oldu
Yekaterinburq–İstanbul reysi zamanı Ural Hava Yolları aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsinin göyərtədə insident baş verib.

TEREF Bakupost.az-a istinadən xəbər verir ki, Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) hadisə ilə bağlı yoxlamaya başlayıb.

Məlumata görə, təyyarə havaya qalxdıqdan təxminən 20 dəqiqə sonra sərnişinlərdən birinə məxsus “powerbank” qəfil alışıb. Portativ enerji qurğusu sahibinin yanında yerləşən boş oturacaqda olub. Telefonu enerji yığan sərnişin kabeli ayırmağa çalışarkən barmağından xəsarət alıb.

Alışma nəticəsində oturacağın üzlüyü və təhlükəsizlik kəməri zədələnib. Bələdçilər dərhal müdaxilə edərək alovu söndürüblər. Nasaz “powerbank” daha sonra su ilə doldurulmuş metal konteynerə yerləşdirilərək təhlükəsiz yerə götürülüb.

Zərərçəkmiş sərnişinə tibbi yardım təklif olunsa da, o, bundan imtina edib. Aviaşirkətin məlumatına görə, təyyarə uçuşu fövqəladə vəziyyət olmadan davam etdirib və İstanbul hava limanına normal şəkildə eniş edib.

Hadisənin səbəbləri “Rosaviatsiya” tərəfindən araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru