QƏDİM TÜRKLƏRDƏ FUTBOL OYUNU

6-03-2026, 16:04           
QƏDİM TÜRKLƏRDƏ FUTBOL OYUNU
TEPÜK.
FUTBOLA bənzəyən və "TEPÜK" (TƏPİK) adıyla Orta Asiyada məşhurlaşan oyun haqqında məlumata isə MAHMUD KAŞĞARLININ "DİVANI LÜĞƏTÜ-İT TÜRK" (XI əsr) adlı ölməz əsərində rast gəlmək olar. ƏLİ QUŞÇUNUN türk dilinə çevirdiyi "TARİHİ HATA və HOTEN" adlı əsərdə də (əsər naməlum səyyah tərəfindən yazılıb) bu cür məlumatlara yer verilib. Əsərdə qeyd edilir ki, türklər öküzün ödünü şişirdərək ayaq topu edir və oynayır, yaxud ata minərək əllərindəki dəyənəklə topu vurmaq kimi müxtəlif yarışlar təşkil edirlər.
ADINA TEPÜK DEYİBLƏR (TƏPMƏK, TƏPİKLƏMƏK sözündən).
ORTA ASİYA türkləri ilə bağlı “LA TARTARİE”
(Avropada XƏZƏR dənizindən SAKİT okeana qədər ərazilərə, Asiyaya uzun müddət TARTARİA deyilib) adlı fransızca əsərdə həm oğlanların, həm də qızların oynadığı bir oyundan bəhs edilir. Oyunu həyəcanla izləmiş bir çinlinin dilindən qeyd edilir ki, “Böyük məbədlərdə tez-tez ayaq topu müsabiqələri düzənlənir. Bu oyunda topa əllə toxunmaq olmaz, topa zərbə ya ayaqla, ya da başla vurulur. Beləcə, topu rəqib qapısından içəri salmağa çalışılır”.
BÖYÜK TÜRK mütəfəkkiri və dilçisi MAHMUD KAŞĞARLI özünün məşhur sözlüyündə - “DİVANİ-LÜGƏT-İT-TÜRK" də (11-ci əsr) yazır ki, Orta Asiyadakı türklər tepük adlı ayaq oyunu oynayırlar. Onun qeyd etdiyinə görə, oyun qurğuşun kürəyə KEÇİ TÜKÜ, yaxud KEÇƏ sarınmaqla oynanırmış. Amma zaman keçdikcə, top qurğuşun yox, daha yumşaq maddədən hazırlanıb. O cümlədən içinə hava doldurulmuş QOYUN DƏRİSİ, TULUQLA.
“TEPÜK” haqda sonrakı mənbələr də yazır. QAPI yerə sancılmış iki qarğıdan ibarət olurdu. Topu ayaqla onların arasından keçirmək lazım idi. Oyunun türk boylarında yüzilliklər boyu oynandığı "XƏTAYİNAMƏ" və "BAYBARS TARİXİ" əsərlərində də qeyd edilir. Bir məqam da orada öz əksini tapıb. Oyun zamanı bəlli dairədən (müasir anlamda kənarı xətlənmiş maydandan) kənara çıxmaq olmazmış.
AYASOFYA Kitabxanasında saxlanan "TARİX-İ TİMUR" adlı əsərdə də tepük barədə məlumat verilir və oyunun TEYMURLƏNG ordusunda əsgərlərin çeviklik təlimi kimi istifadə edildiyini qeyd edilir.
Sevda Amanova
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru