Bu gün bu olkələrdə toplam 100 milyon türk yaşayır

9-03-2026, 09:04           
Bu gün bu olkələrdə toplam 100 milyon türk yaşayır
"İran adlanan Türkmən elində Sak türkləri hələ miladdan öncə VII əsrdə türk dövləti qurmuşdular. Türklərin İran platosunda dövlətçilik tarixi Səlcuqlularla yox, Saklarla başlayır. İran adlanan Türk yurdunu Alp Ər Tonqa yönətdi. Zəki Vəlidi Toğan İslam Ensiklopediyasında yayınlanan Azərbaycan adlı məqaləsində Alp Ər Tonqanın Azərbaycandakı fəaliyyəti haqqında geniş bilgilər vermişdir. Sak türk dövləti ilə Midiya dövləti arasında savaş və rəqabət də baş vermişdir. Batılılar və ruslar bunu çox gözəl bilir. Lakin bu faktı gizlətmək, saxtalaşdirmaq üçün Sakları "İrandilli"xalq adlandırırlar. Eyni oyunu Sak dövləti olan Parfiya İmperiyasının üzərində də oynamışlar. Midiya dövlətinin də Hind- İrani qrupların dövləti olması mübahisəlidir və bu haqda yüzlərlə əsər var. Alp Ar Tonqadan öncəki tarixdə də burada Kassit, Subar, Kuti, Lullubi, Manna, Aratta, Elam, Mitanni kimi dövlət və xalqlar var idi ki, bunlar Şumerlərlə kültür və dil qohumluğuna malik idilər, heç biri Hind- İrani qrup deyildir. Bu haqda M.T.Zehtabinin "İran Türkləri" əsərini, F.Agasıoğlunun "9 Bitik" əsərlərini, Osman Karatayın İran və Turan əsərini və Yusif Yusifovun Qədim Şərq Tarixi, Elam Tarixi əsərlərini, Aygün Attarın Fars dilinin inkişaf sürəci əsərini oxumaq olar.
Tarixdə fars milləti deyilən millət də olmamışdır. Fərqli Hind- İrandilli qruplar, lar, lor, bəxtiyari, mazandarani, kürd, gilək, deyləmi zaza, tacik kimi qruplar olmuşdur ki, indi heç bir- birinin dilini də anlamırlar. Bütün bu qrupları Fars kimliyi altinda birləşdirib Fars millətini yaradan da İngilislərdir. Batıdır, Oryantalistlərdir. Dünya tarixini Batının yazdıği Batı mərkəzli imperialist tarix konseptindən öyrənmək yanlışdır, ümumiyyətlə dünyaya Batı sosial elmlərindən baxmaq, Batı gözündən baxmaq yanlışdır. Batı dünyanın mərkəzi deyildir. İran- Fars mifini XIX- XX əsrlərdə Batı uydurmuşdur. Bizim bu coğrafiyada Kuşan, Eftalit, Qəznəli, Dehli Sultanlığı, Babur, Qütbşahlar dövlətlərimiz olub. Saka türkləri Hindistan, bugünkü Əfqanıstan, İran və Qafqazı idarə edib. Bu gün bu olkələrdə toplam 100 milyon türk yaşayır. Bizim yolumuz bu coğrafiyalardakı Türkləri dəstəkləmək, birləşdirmək, bu coğrafiyalarda Türk millətini hakim qılmaqdır.
Türk milləti güclüdür və sahib olduğu tarix, dövlətçilik ənənəsi və yayıldığı coğrafiya acısından baxdıqda Avrasiyanı dəngələmək gücünə sahibdir. Yetər ki, öz gücünü dərk etsin!
Türklərə oyanış gərəkdir, böyük oyanış ! ".
Yasəmən Qaraqoyunlu, fəlsəfə doktoru, tarixçi.
Azərbaycanlıların səhifəsi
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru