Türkiyədə MHP-li bələdiyyə sədri döyüldü: Silah səsləri eşidildi
Dünən, 16:44
Türkiyənin Giresun vilayətinin Eynesil rayonunda MHP-ni təmsil edən bələdiyyə sədri Barış Güdük ilə bələdiyyə məclisinin üzvü arasında baş verən mübahisə dava ilə nəticələnib.
"İhlas Haber Ajansı" xəbər verir ki, hadisə Barış Güdük ilə məclis üzvü S.T. arasında fikir ayrılığı zəminində başlayıb.
Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. İddialara görə, qarşıdurmaya başqa şəxslər də qoşulub və hadisə zamanı havaya atəş açılıb. Xəsarət alan Güdük xəstəxanaya müraciət edərək tibbi ekspertiza rəyi alıb və şikayətçi olub. Onun səhhətinin qənaətbəxş olduğu bildirilir.