Türkiyə-İran sərhədində sərnişin daşımaları dayandırıldı

Dünən, 12:17           
Türkiyə-İran sərhədində sərnişin daşımaları dayandırıldı
Türkiyə-İran sərhədindəki 3 gömrük-keçid məntəqəsində gündəlik sərnişin daşımaları qarşılıqlı olaraq dayandırılıb.

XALQ Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin ticarət naziri Ömər Bolat açıqlama verib.

“Türkiyə-İran sərhədində yerləşən Ağrı-Gürbulak, Van-Kapıköy və Hakkari-Esendere gömrük-keçid məntəqələrində fövqəladə vəziyyətdən söhbət gedə bilməz. İran öz vətəndaşlarının Türkiyə üzərindən ölkə ərazisinə daxil olmasına icazə verir. Türkiyə olaraq biz də vətəndaşlarımızın və üçüncü ölkə vətəndaşlarının İrandan ölkəmizə daxil olmasına icazə veririk”, – Ö.Bolat deyib.

Bununla belə, nazir hər üç gömrük keçid məntəqəsi vasitəsilə kommersiya yüklərinin keçidinin nəzarətli şəkildə davam etdiyini qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]