İraq Yaxın Şərqdə artan gərginlik fonunda Türkiyəyə əsas boru kəməri ilə neft ixracını dayandırıb. Ajans.az-ın məlumatına görə, İraq Kürdüstan Regionundan Ceyhan limanına tədarük kəsilib. Bununla da gündəlik təxminən 200 min barel neft bazardan çıxarılıb.
Hazırda hasilat sutkada 50 min barelədək azaldılıb və yalnız daxili tələbatın qarşılanmasına yönəldilib.