Kərkük, İraq və Suriyada baş verən ssenari Cənubi Azərbaycandada həyata keçiriləcək
6-03-2026, 16:34
Son xəbərlərə görə, İrana edilən son hava hücumlarından sonra İraq-İran sərhədində dövlət hakimiyyəti zəifləyib. Bundan istifadə edən bir çox silahlı kürd terror qruplaşması, əsasən PKK/PJAK, Türkiyə və Azərbaycan sərhədləri yaxınlığında sıx məskunlaşmış Cənubi Azərbaycanın qərb bölgəsinə sızmağa başlayıb. Görünür, Kərkük, İraq və Suriyada baş verən ssenari burada da həyata keçiriləcək; bölgənin demoqrafik strukturunun dəyişdirilməsi, ərazidəki türklərin köç etməyə məcbur edilməsi və etnik təmizləməyə məruz qalması ehtimalı var. Cənubi Azərbaycan türkləri hazırda silahsız və müdafiəsizdirlər. Buna görə də onlara kömək edilməlidir və bölgənin demoqrafik strukturunun dəyişdirilməsinə heç vaxt icazə verilməməlidir. Türklərin sıx məskunlaşdığı ərazilərdə özünümüdafiə qüvvələri yaradılmalıdır. Oğuz türk vətənimiz Cənubi Azərbaycan türk dünyasının quru körpüsüdür və böyük strateji əhəmiyyətə malikdir. Türkiyə və Azərbaycanın təhlükəsizliyi üçün bütün İran türklərinə, xüsusən də bu bölgədə yaşayanlara kömək göstərilməlidir." Fatih Mehmet Yiğit