Вu fotoşəkil Naxçıvanlı şairə Qonçabəyim xanım Kəngərliyə aid edilir.

25-03-2026, 15:15           
Вu fotoşəkil Naxçıvanlı şairə Qonçabəyim xanım Kəngərliyə aid edilir.
Вu fotoşəkil Naxçıvanlı şairə Qonçabəyim xanım Kəngərliyə aid edilir.Bizdən əvvəl yazılanlara əsaslanıb bunun Ehsan xanın qızı olduğunu bilmişik və yazmışıq.Amma 2006-cı ildə Gürcüstan Milli Arxivinin fondlarında axtarış apararkən Naxçıvandan Qafqaz Canişinliyinə göndərilən məxfi sənəddə( 2-sənəd) Qonçabəyimin Ehsan xanın oğluna nişanlı olması haqda məlumata rast gəldim.Orada yazılmışdı ki,amma nədənsə ailə qurmadılar. Əlavə olunmuşdu ki,onun atası Ehsan xanın şəriki və dostudur.3-cü sənəd axtarışlara yekun qoydu.Bu kameral siyahıdır(1832).Oradan aydın olur ki,Aşağı Camaldın kəndində doğulub. Qonçabəyim(5yaşında) Paşabəy Kəngərlinin qızıdır.Böyük bacısı Ağabəyim 7 yaşındadır.Ailədə ata və ana qeyd olunmayıb.Görünür vəfat ediblər.Qonçabəyimə aid edilən şəkil isə şairənin deyil.Çünki fotonu məşhur rəssam D.Yermakov çəkib.O, isə 1845 ci ildə doğulub.Və bu fotonu 1890 yaxud 1895 -ci ildə Naxçıvanda çəkib.Gürcü şairi Nikolozun yazdıqlarından̈ məlum olur ki, Qonçabəyimin 1845 -ci ildə 18 yaşı varmış.Onda 1890- cı ildə onun 62 yaşı olardı.Deməli 100 % bu foto şairə Qonçabəyimin deyil. Naxçıvanlı tədqiqatçıların tələsik qərar vermələri belə bir səhvi ortalığa gətirb.
Ehsan xanın xidmət kitabçasında onun 2 qızı olduğu yazılıb : Sonabəyim və Lalabəyim
Муса Рагимоглу Кулиев
TEREF














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru