İran Türkiyəyə qaz tədarükünü dayandırdı

25-03-2026, 00:09           
İran Türkiyəyə qaz tədarükünü dayandırdı
İsrailin ötən həftə Cənubi Pars qaz yatağına hücum etməsindən sonra İran Türkiyəyə qaz tədarükünü dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadla məlumat yayıb.

Agentliyin bildirdiyinə görə, 2025-ci ildə İran qazı Türkiyənin təbii qaz təchizatının 14 faizini təşkil edib.

Mənbələr qeyd ediblər ki, Ankara Azərbaycan və Rusiyadan qaz idxalına davam edir və ölkənin ehtiyatları da var.

İrandan tədarükün nə vaxt bərpa olunacağı məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru