İran Türkiyəyə daha bir ballistik raket atdı - FOTO

31-03-2026, 07:14           
İran Türkiyəyə daha bir ballistik raket atdı - FOTO
İrandan atılan və hava məkanına daxil olan ballistik raket NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"İrandan atıldığı müəyyən edilən və Türkiyə hava məkanına daxil olan bir ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO hava və raket müdafiəsi elementləri tərəfindən zərərsizləşdirilib", - məlumatda bildirilib.

Qeyd olunub ki, Türkiyə ərazisi və hava məkanına yönələn hər cür təhdidə qarşı lazımi tədbirlər qətiyyətlə və tərəddüdsüz şəkildə görülməkdə, bölgədəki bütün hadisələr diqqətlə izlənilməkdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]