Türkçülükdə "Səlcuqlu" Xəstəliyi
Bu gün, 11:14

Ermən bölgəsinə gəlmək üçün hayla Osmanlının türk və türkmənlərə qarşı hörmətsizliyindən, bölgədə qədim tarixi olan Qaraman (Qıpçaq)- Ərməniyyəsinin olduğunu bilirdilər (Bu gün də Qaraman tayfasının ərmənək qolu da var və mövcuddur). Ərəb xilafətinin və digər müsəlmanların sıxışdırdıqları bu xristian türklər hazırda Yunanıstanda Trakiya türkləri, Gürcüstanda yunan (qrek), Şimali Qafqazda Stavropol, Krasnodar və s. ərazilərdə də yunan (qrek) adı ilə tanınan, türk dilində danışan böyük bir toplumdur. Onlar Qaraman-Ərməniyyəsinin əsl sakinləridir və Osmanlının türkə zülmündən qaçıblar. XVI-XVIII əsrlər boyu Anadolunu tam tərk ediblər. Qalan az qisim xristian Qaramanlı-Ərmənlər 1924-cü il mübadiləsində bir səlcuqlu zehniyyətiylə göz yaşları içərisində min illər boyu yaşadıqları torpaqlardan çıxarılaraq Yunanıstana sürüldülər. Üstəlik, ərmənlərin yadigar qalmış əsərlərinə erməni qıpçaqcası adı qoyaraq indi “ad oğrusu haylara” aid etməyə çalışmaqdadırlar. Haylar bu Osmanlı nadanlığından bicliklə yararlanaraq bir türk tayfasının adını, sonra tarixini, daha sonra isə mövcud olduğu əraziləri oğurlamağa girişdi. Çünki, Səlcuqlu və Osmanlını idarə edənlərin X-XI əsrlərdə gəlmə olduqları baxımından bölgə əhalisinə, 10 min illik yaşam tarixi olan yerli türklərin varlığına qısqanclıqla yanaşırdılar.
Fateh Sultan Mehmet zamanında İstanbulda yaşayan əhalinin (1477-ci il) siyahıya alınmasını əks etdirən sənədlər Topqapıdadır:
Baxaq:
Müsəlmanlar .............................. 8951 ailə;
Ortodoks-rum ............................ 3151 ailə;
Yəhudilər ................................... 1647 ailə;
Kəfəli (müvəqqəti gəlib-gedən) ... 267 ailə;
Erməni (hay) ............................... 377 ailə;
Qaraman-erməni ........................ 384 ailə;
Cədvəldən göründüyü kimi, artıq haylar erməni adını 1477-ci ildə mənimsəyibmiş, amma hələ qaramanlılarda da saxlanmaqdaymış. Bu gün haylardan bu ad geri alınmalıdır. Bununla da onların yalançı tarixləri, ərazi iddiaları sabun köpüyü kimi dağılar. Qaraman-Ərmənlərindən günümüzə gəlib çatan “Danişməndilər dastanı” onların türk olduqlarını təsdiqləyən bir kimlikdir. Bu gün Vatikan papalarının və Qərbin saxtakar tarixçilərinin cızdığı cızıqdan kənara çıxmağa cəsarət etməyən Türkiyə və Azərbaycan tarixçiləri bölgədəki ərmən türklərini-xristian qıpçaqları haylarla səhv salıb və məkrli hay oyununda alətə çevriblər.
Azərbaycana tarix quraşdıran ruslar, Osmanlıya tarix quraşdıran almanlar, fransızların haylara biçdiyi “Erməni tarixi”ni əsl sahiblərindən oğurlayaraq onlara peş-kəş ediblər. Əsl düşmənlər sərbəst buraxılırkən, saxta Osmanlı-Səfəvi, Azərbaycan -Türkiyə düşmənçiliyinə rəvac veriblər.
Xristian Qaraman (Qıpçaq) Ərməniyyəsinin, xristian qıpçaqların dağıdılması ərmənilərdən qalan mədəniyyətə hay həyasızlarının sahib çıxmalarına yol verilməməlidir (Bu gün haylar onların tarixi nailiyyətlərini oğurlayaraq ərazi iddiası edir. Özünə hay deyən toplumun Anadoluya gəlişi yalnız XVI əsrdən bəri mümkün olub. Onlara tarix yazan fransızlar hay etnosunun gərəksiz bir toplum olduğunu, məbəd fahişəliyindən qeyri bir nailiyyətinin olmadığını görüncə Qaraman Ərməniyyəsinin və qıpçaqların tarixini onlara uyğunlaşdırdı. Onsuz da Səlcuqluların və Osmanlıların təzyiqləri ilə Qaramanın xristian əhalisi Qafqaza köç etməyə başladı. Onlar hazırda Şimali Qafqazda, Krımda və Gürcüstanda yunan adıyla yaşamaqdadırlar. “Danışməndilər”dastanı, Qıpçaqca İncil və s. onların yadigarlarıdır. Az bir hissə-Trakyaya sürgün edilən xristianların isə tarixi haqlarını bərpa etməliyik.
Xaqani Ədəboğlu -- Türkçülükdə "Səlcuqlu" Xəstəliyi Kitabından
Azərbaycan coğrafıyası
TEREF

