Səhiyyə Nazirliyinin xəstə uşağa biganəliyi… Azyaşlı üçün dövlət xəstəxanasında analiz verə bilmirlər VİDEO

Bu gün, 11:11           
Səhiyyə Nazirliyinin xəstə uşağa biganəliyi…
“Ailə, serebral iflicdən əziyyət çəkən övladı üçün tələb olunan genetik analizi etdirə bilmir”.

Şəmkirin Könüllü kəndində yaşayan ailə yaşanan problemlə bağlı “Xəzər Xəbər”in qaynar xəttinə müraciət edib. Bildirilib ki, 2018-ci il təvəllüdlü övladlarını 1 yaşında olarkən səhhətində problem olduğunu hiss edərək həkimə aparıblar. Həkim nevroloq tərəfindən qoyulan diaqnozla iki il davam edən müalicə nəticə verməyib.

Sonradan uşağın müalicəsi Bakıda Uşaq Nevroloji Xəstəxanasında davam etdirilib. Bir müddət əvvəl isə həkim tərəfindən müalicənin effektivliyini artırmaq üçün uşağa genetik analiz təyin olunub. Valideyn bu dəfə başqa problemlə üzləşib. Diqanoz üçün lazım olan analizlər dövlət xəstəxanalarında mövcud deyil:

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışdıq. Uşağın bu günə qədərki müalicəsi Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində aparıldığından qurumun Mətbuat xidmətinə müraciət etdik. Nazirlikdən bildirildi ki, məsələ İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən aydınlaşdırılmalıdır.

Agentlikdən isə bildirildi ki, genetik analizlər icbari tibbi sığortanın xidmətlər zərfinə daxil deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru