Bu prosesin qalibi kim olacaq?

Bu gün, 07:44           
Bu prosesin qalibi kim olacaq?
İranətrafı ziddiyyətli proseslər necə gedir? Çox qarışıq, çox da çirkin oyun səviyyəsində. Qeyri- səmimi və sürüşkən formada. Demək olarmı ki, kim qalibdir? Kimin qalib olması haqda demək olmaz, bu gün belə qeyri-sabit prosesdə. Bunu demək olar ki, kim qalib olacaq, bu işlərin sonu.
Gedişat, mənim fikrimcə, ümumi İran xalqının xeyrinədir. Sonda, İranın xalqı və ölkəsi udacaq. Vahid, müstəqil, müasir, sivil, ədalətli və hüquqi dövlət və cəmiyyət qurulması ilə. Bu da ölkədə hakimiyyətin islahatçılara keçməsi ilə ola bilər. İintellekt, müasir tipli İran xalqı Tramp-Ayətulla qarşıdurna silkələnməsindən özü, irəli çıxar və İllərlə etirazlı xalq öz layiqli hakimiyyətini qurar.
Qaldı ki, bu konfliktdə ABŞ heç nə udmayacaq. Bir ondan başqa ki, hər vaxt cümə namazında "Əmrikəyə ölüm!" deyən düşmən İransız, nüvə silahı hazırlayan, regiona təxribatlı İransız olar.
İranın Ayətulla-SEPAH rejimi isə uduzub İranın siyasi səhnəsindən silinəcək. Onsuz da Rejim, Ayətullalalar hakimiyyəti uzun onilliklər, yeyib- içib, keyfini görüb, ömrünü sürüb bitib qocalıb. Bu, ağır hərbi zərbələr və lider Xameneidən də sonra bu rejim, həmin rejim ola bilməz, olmaz. Stalin öləndən sonra rejim, silkələndi, dağıldı!
Qaldı ki, ABŞ İranda rejimi dəyişmək hədəflidir və bütün bu atəşkəs, danışıq, oyunların hamısı strateji hərbi hücum "xəttinə" xidmət edir. Həm hərbi hazırlıq, həm hücuma koalisiya yığmaqla, həm də "İran Hörmüzü bağlayır, nüvə kütləsini vermir, atom silahı hazlrlayır!" vəziyyəti yaradıb dünya ictimai fikrini də, hücuma hazırlamaqla.
Hər halda, yaxın zaman hır şeyi aydın edər. Bu gərginlik davamlı ola bilməz, nəsə baş verməli.
Ilqar Altay
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru