"Ədil İsgəndərov işini itirməkdən qorxmurdu, əksinə, İsgəndərovu itirməkdən qorxurdular"

Bu gün, 10:24           
"Ədil İsgəndərov işini itirməkdən qorxmurdu, əksinə, İsgəndərovu itirməkdən qorxurdular"
“Adı Adil olsa da, hamı ona "Ədil müəllim" deyərdi. Evimdəki yazı masamın üzərində Ədil İsgəndərovla “Axırıncı aşırım” filmində çəkdirdiyimiz şəkil var. Hər səhər Allahımla salamlaşandan sonra onunla da salamlaşıram. Xahiş edirəm, Ədil İsgəndərovun titullarını sadalamaqdansa, onun adının qarşısına əsl kişi sözünü artırın. Ədil müəllim sözünün ağası olan, fikrini heç vaxt heç kim və heç nəyə görə dəyişməyən bir şəxsiyyət idi. Biz tələbələr sözü cəsarətlə deməyi məhz ondan öyrənmişik. Bu kişi yaltaqlıq nədir bilməzdi. Dostu ilə dost idi, düşməni ilə düşmən. Düşmənçiliyi də kişi kimi edirdi, dostluğu da. Yadımdadır ki, o vaxtlar bizi kinostudiyaya yaxın buraxmırdılar, çünki gənc məzun idik, hələ özümüzü doğrultmamışdıq. Ədil müəllim mənimlə bərabər dörd tələbəsini kinostudiyaya işə dəvət etdi. Ədil İsgəndərovun bir sözü iki olmazdı. Hətta yuxarılarda belə. Bir haşiyə çıxım: o vaxt Şahmar Ələkbərov film çəkmək istəyirdi, Moskvadan icazə vermirdilər. Birbaşa Moskvaya zəng elədi və dedi ki, mən icazə verdimsə, deməli, söhbət bağlanmalıdır. Ədil İsgəndərovun nüfuzu vardı və ona hörmətlə yanaşırdılar. Ədil İsgəndərov işini itirməkdən qorxmurdu, əksinə, İsgəndərovu itirməkdən qorxurdular" - aktyor, Xalq artistimiz Əbdül Mahmudov.
Anar Tağıyev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru