İslamabad şəhərində ABŞ–İran danışıqlarının ikinci mərhələsinə hazırlıq gedir VİDEO
Bu gün, 00:10
İslamabad şəhərində ABŞ–İran danışıqlarının ikinci mərhələsinə hazırlıq gedir. Sərt açıqlamalara baxmayaraq, danışıqların baş tutacağı gözlənilir. Paytaxtda təhlükəsizlik gücləndirilib, bəzi böyük otellər (o cümlədən Serena Hotel Islamabad) qonaqlardan otaqları boşaltmağı istəyib. ABŞ-yə məxsus hərbi təyyarələr enəndən sonra hava limanı ilə “qırmızı zona” arasındakı yol bağlanıb. Hakimiyyət nəqliyyata məhdudiyyət qoyub. Təxminən 20 min təhlükəsizlik əməkdaşı (polis, “Reyncers” və hərbçilər) cəlb olunacaq. Danışıqların həftənin sonuna qədər İslamabadda keçirilməsi gözlənilir. Emin Kürşad TEREF