Güneydə yaşayan 40 milyonluq soydaşlarımız harada məskunlaşıb?

Bu gün, 12:14           
Güneydə yaşayan 40 milyonluq soydaşlarımız harada məskunlaşıb?
ABŞ və İsrailin İrana qarşı apardığı hərbi əməliyyatlar fonunda sosial şəbəkələrdə İranın parçalanması nəticəsində yaranacaq milli dövlətlərin reallıqdan uzaq saxta xəritələri paylaşılırdı.Güney Azərbaycan dövləti olaraqda qədim Atropatena dövlətinin ərazisi göstərilirdi. Rəsmi İran statiskası xaricində hər kəs İranda 40 milyon Azərbaycan Türkünün yaşadığını qeyd edirlər. Gəlin görək İran dövlətinin rəsmi statistikası ölkə ərazisində yaşayan əhalinin harada və nə qədər yaşadığı barədə nə deyir.
İran Statistika Mərkəzinin 2016-cı il məlumatlarına əsasən İranın 31 ostan üzrə əhalinin məskunlaşması statistikası:
1. Tehran Ostanı (Tehran şəhəri) - 14.2 milyon
2. Rizavi Xorasan Ostanı ( Məşhəd şəhəri) - |6.8 milyon
3. İsfahan Ostanı (İsfahan şəhəri) - 5.4 milyon
4. Fars Ostanı (Şiraz şəhəri) - 5.1 milyon
5. Xuzistan Ostanı (Əhvaz şəhəri) - 4.9 milyon
6. Şərqi Azərbaycan Ostanı (Təbriz şəhəri) - 4.0 milyon
7. Mazandaran Ostanı (Sari şəhəri) - 3.4 milyon
8. Qərbi Azərbaycan (Urmiya şəhəri) - 3.4 milyon
9. Kerman Ostanı (Kerman şəhəri) - 3.3 milyon
10. Gilan Ostanı (Rəşt şəhəri) - 2.6 milyon
11. Sistan və Bəlucistan Ostanı (Zahidan şəhəri) - 2.9 milyon
12. Əlborz Ostanı (Kərəc şəhəri) - 2.8 milyon
13. Kirmanşah Ostanı (Kirmanşah şəhəri) - 2.0 milyon
14. Loristan Ostanı (Xürrəmabad şəhəri)1.8 milyon
15. Həmədan Ostanı (Həmədan şəhəri) - 1.7 milyon
16. Gülüstan Ostanı (Qorqan şəhəri) - 1.9 milyon
17. Kürdüstan Ostanı (Sənəndəc şəhəri ) - 1.6 milyon
18. Hürmüzqan Ostanı (Bəndər-Abbas şəhəri) - 1.9 milyon
19. Mərkəzi Ostanı ( Ərak şəhəri) - 1.5 milyon
20. Ərdəbil Ostanı (Ərdəbil şəhəri) - 1.3 milyon
21. Qəzvin Ostanı (Qəzvin şəhəri) - 1.3 milyon
22. Qum Ostanı (Qum şəhəri) - 1.4 milyon
23. Yezd Ostanı (Yezd şəhəri) - 1.2 milyon
24. Buşəhr Ostanı (Buşəhr şəhəri) - 1.2 milyon
25. Zəncan Ostanı ( Zəncan şəhəri) - 1.1 milyon
26. Şimali Xorasan Ostanı (Bocnurd şəhəri) - 0.9 milyon
27. Cənubi Xorasan Ostanı ( Bircənd şəhəri) - 0.8 milyon
28. Çahar-Mahal və Bəxtiyari Ostanı ( Şəhri-Kord şəhəri) - 1.0 milyon
29. Kohgiluyə və Boyer-Əhməd Ostanı (Yasuc şəhəri) - 0.7 milyon
30. İlam Ostanı ( İlam şəhəri) - 0.6 milyon
31. Semnan Ostanı (Semnan şəhəri) - 0.7 milyon
Beləliklə Şərqi və Qərbi Azərbaycan, 4 + 3.4,+ Əlborz (Kərəc) 2.8 + Həmədan 1.7 + Ərdəbil 1.3 +Qəzvin 1.3 + Zəncan 1.1 = 15.600 milyon + 7 milyon Tehran Ostanı = 22.600 milyon. 40.000 - 22.600 = 17.400 milyon.
Maraqlıdır bu 17.400 milyon soydaşımız bəs harada yaşayır?!
Rəqəmlərdə bizi haqlı çıxarır ki, İranın aborigen xalqlardan biri olan soydaşlarımız İran coğrafiyasının bütün bölgələrində - ostanlarında min illərdir yaşayır. Bu dövlət gerçəkdən parçalanacaqsa yeni milli dövlətlər yaranacaqsa bu amillər hökmən nəzərə alınmalıdır.
Taleh Aliyev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru