ABŞ-da evlərə atəş açıldı, 8 uşaq öldürüldü

Bu gün, 00:11           
ABŞ-da evlərə atəş açıldı, 8 uşaq öldürüldü
ABŞ-ın Luiziana ştatının Şrivport şəhərində baş verən atışmada azı səkkiz azyaşlı həlak olub, daha iki nəfər yaralanıb.

"Report"un xəbərinə görə, bu barədə "ABC News" yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, silahlı şəxs üç fərqli yerdə bir neçə yaşayış evinə atəş açaraq, bir yaşdan təxminən 14 yaşa qədər səkkiz uşaq və yeniyetməni öldürüb. Onlardan bəziləri silahlı şəxslə qohum olub.

Atışmadan sonra şübhəli avtomobili oğurlayıb və gizlənməyə cəhd edib. Polis Bossye-Siti şəhərində başa çatan təqibə başlayıb və orada hüquq-mühafizə orqanlarının əməkdaşları kişiyə atəş açaraq onu öldürüblər.

Ştatın detektivləri istintaqa cəlb olunub, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə səbəbini və şəraitini müəyyən etməyə çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru