"O qüdrətli bir türkdür, at belində möhtəşəm görünən, son dərəcə çevik, qırmızı saqqalı və hərəkətli gözləri olan "Şərqli möhtəşəm bir hökmdar", nəsilcə isə "Uzun Həsənin varisi"idir.
5-06-2026, 08:04
Azərbaycan Səfəvi İmperiyasının vuran qəlbidir. İsmayılın hakimiyyətə gəlişinin və hərbi qələbələrinin əsas gücü türkmən tayfalarıdır. Onun babası Uzun Həsən "Türkmənlərin Kralı"dır, İsmayıl da bu sülalənin haqq vərəsəsi və bu türkmən tayfalarının rəhbəridir.Arxiv sənədlərinə istinadən deyə bilərik ki, Şahın sarayında əsas ünsiyyət dili türkcədir (Azərbaycan türkcəsi).Şahdan gələn məktublar türkcə və ya farsca gəlir. Şah İsmayılın elçiləri fikirlərini türkcə çatdırır, amma latın dilində sənədləşdirirdi. Şah tərəfdarlarının qırmızı başlıqları sadəcə bir geyim deyil, Şah İsmayıla və onun türk köklərinə bağlılığın rəmzidir. Şahın ətrafındakı sadiq döyüşçülər türk cəsarəti daşıyan tayfalardır. Qızılbaşlıqdakı on iki çalma təkcə on iki imamı deyil, həm də "səmanın on iki bürcü" ilə müqayisə olunan bir ezoterik sistemi ifadə edir. Bu hərəkatın daxili quruluşu Avropadakı gizli cəngavər ordenlərindən daha qədim və daha sərt intizamlıdır.Onların hərbi və siyasi gücü qədim türkmən ənənələrinə söykənir. Şahın ordusu ilə Osmanlı sultanının ordusu eyni kökdən gəlir, eyni cəsarətə malikdir və ən əsası, bir-birləri ilə türk dilində danışırlar. İki böyük türk gücü olan Səfəvi və Osmanlı eyni döyüş taktikasına, eyni cəsarətə və eyni etnik köklərə sahibdirlər, ancaq məzhəb fərqinə görə bir-birlərinə qarşı ən amansız düşmənə çevriliblər". XVI əsr Vatikan kitabxanaçısı , tanınmış kilsə tarixçisi Cesare Baronionun "Kilsə salnamələri" əsərindən (Caesar Baronius). Azərbaycanlıların səhifəsi