Qoyun otaran çoban qayalıqda "xəzinə" tapdı - VİDEO

Bu gün, 15:08           
Qoyun otaran çoban qayalıqda "xəzinə" tapdı - VİDEO
Türkiyənin Elazığ vilayətinin Karakoçan rayonunda heyvan otaran çoban qayalıqdakı oyuqda arıların hazırladığı təbii balı aşkar edib. O, xüsusi geyimdən istifadə edərək təxminən 3 saat davam edən əməliyyatla balı toplayıb.
Bakupost.az xəbər verir ki, hadisə Yüzev kəndi ərazisində qeydə alınıb. İri buynuzlu heyvanlarını otarmağa aparan Doğan Eser sıldırım qayalıq ətrafında çoxlu arının uçduğunu görüb. Ərazini araşdıran çoban qayalar arasındakı oyuqda arı yuvası və bal olduğunu müəyyən edib.
.
Xüsusi qoruyucu geyim geyinən Eser nərdivan vasitəsilə yuvaya çataraq oyuğun girişindəki daşı çıxarıb və burada toplanmış təbii balı əldə edib. Daha sonra arıları toplamaq məqsədilə yuvanın yaxınlığında pətək yerləşdirib.
Çobanın balı çıxarma prosesi mobil telefon kamerası ilə lentə alınıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru