Türkiyədə güclü sel: Ölən və yaralananlar var

Bu gün, 11:54           
Türkiyədə güclü sel:
Türkiyənin Niğde vilayətində güclü yağış və dolu nəticəsində baş verən sel zamanı bir nəfər həlak olub, beş nəfər yaralanıb.

"TRT Haber" xəbər verir ki, hadisə vilayətin Gümüşlər qəsəbəsində qeydə alınıb.

Məlumata görə, leysan yağışlarından sonra yaranan sel sularına üç avtomobil və altı nəfər düşüb. Xilasedicilər tərəfindən sudan çıxarılan şəxslər xəstəxanalara çatdırılıblar.

Sabiha Dinçer Niğde Ömər Halisdəmir Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə cəlb olunan AFAD, səhiyyə, jandarma, bələdiyyə və digər aidiyyəti qurumların əməkdaşları axtarış-xilasetmə və fəsadların aradan qaldırılması işlərini davam etdirirlər.

Niğde valisi Nədim Akmeşe bildirib ki, sel və daşqınlarla mübarizə tədbirlərinə 39 texnika vahidi, 13 xüsusi təyinatlı iş maşını və 216 nəfər şəxsi heyət cəlb olunub.

Onun sözlərinə görə, yaralılardan birinin müalicəsi davam edir, digər dörd nəfər isə həkim nəzarəti altında saxlanılır.

Hazırda hadisənin səbəbləri və dəymiş ziyanın həcmi araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru